“Sərhədçi” komandası çövkən oyunu üzrə dördüncü Azərbaycan çempionatının qalibidir

Oktyabrın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının qalibi müəyyənləşib. 

AZƏRTAC xəbər verir ki, çempionatda bürünc medal uğrunda görüşdə “Qarabağ Ağdam” və “Ağstafa” komandaları üz-üzə gəlib. “Qarabağ Ağdam” komandasının qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirən “Ağstafa” komandasının üzvü minimal hesablı qələbəni təmin edib - 1:0. Bu qələbə sayəsində “Ağstafa” komandası Azərbaycan çempionatının bürünc medalına sahib olub.

Çempionatın finalında isə “Polad” və “Sərhədçi” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Sərhədçi” komandası 4:2 hesabı ilə qalib gələrək Azərbaycan çempionu adını qazanıb. “Sərhədçi” komandasının heyətində Rauf Tahirov, Rəşad Həsənov, Samir Pirimov, Elçin Camallı və Tərlan Qurbanəliyev mübarizə aparıblar.

Kuboku qalib komandaya Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Mükafatlandırma mərasimindən sonra dövlət himni səsləndirilib və ölkə çempionatına yekun vurulub.

Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında