Bakıda kikboksinq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi keçirilmişdir

Oktyabrın 23-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kikboksinqin WAKO (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə Avropa çempionatının rəsmi açılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edən Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından söhbət açaraq, idmançılarımızın beynəlxalq arenalarda Azərbaycanı ləyaqətlə təmsil etdiklərini nəzərə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin idman siyasətinin dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini vurğulayan İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını bildirmiş, yarış iştirakçılarına uğurlar arzulayaraq, güclünün qalib gələcəyinə inandığını söyləmişdir.
Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Ennio Falsoni bildirmişdir ki, Azərbaycan artıq kikboksinq üzrə ən mötəbər beynəlxalq yarışların təşkilində öndə gedən ölkələr sırasındadır. Falsoni yarışın yüksək səviyyədə təşkili üçün Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev idmana dövlət səviyyəsində göstərilən qayğıdan danışmışdır. Bildirmişdir ki, peşəkarlar arasında ilk dəfə Dünya kəməri uğrunda professional döyüşlərin keçirilməsi bu idman növünün ölkəmizdə inkişafının göstəricisidir. Oyunların gərgin keçəcəyini bildirən A.Əliyev yarışların təşkilini Bakıya etibar etdiyi üçün Beynəlxalq Kikboksinq Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Rəsmi açılış mərasimi bədii hissə ilə davam etdirilmiş, incəsənət ustalarının konsertindən sonra müxtəlif çəki dərəcələrində final görüşləri keçirilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında