Azərbaycan klublarının uğurlu startı

Ölkəmizin “SOCAR Azərbaycan” və “Odlar Yurdu” komandaları Makedoniyanın paytaxtı Skopyedə keçirilən şahmat üzrə klublararası Avropa kuboku turnirinə qələbə ilə başlamışlar.

Birinci turda SOCAR Finlandiyanın “Tammer-Şaki” klubuna 5,5:0,5 hesabı ilə qalib gəlmişdir. Komandamızdan Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanmışlar, Rauf Məmmədov heç-heçə oynamışdır.

“Odlar Yurdu”-"Uayt Roz" (İngiltərə) matçında 4:2 hesabı qeydə alınmışdır. Bütünlüklə Azərbaycan şahmat məktəbinin yetirmələrindən ibarət olan “Odlar Yurdu”na qələbəni Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədovun dəqiq gedişləri qazandırmışdır. Vüqar Rəsulov və Nicat Məmmədov isə uduzmuşlar.

İsveçrə sistemi üzrə keçirilən turnirdə Avropa kuboku uğrunda 48 komanda mübarizə aparır və yarış yeddi turdan ibarətdir. Dünən axşam ikinci turda SOCAR Almaniyanın “Verder”, “Odlar Yurdu” isə İsveçrənin “Cenevrə” klubları ilə görüşmüşlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında