Məğlubedilməz “Qarabağ”

Topaz Premyer Liqasında yeddinci turdan sonra yalnız iki komanda-çempion “Qarabağ” və debütant “Zirə” məğlubiyyətə uğramamışdı. Təqvimin hökmü ilə bu klublar səkkizinci turda üz-üzə gəlmişlər. “Qarabağ” maraqla gözlənilən oyunda 4:1 hesabı ilə qalib gələrək uğurlu görüşlər seriyasını inamla davam etdirmiş, “Zirə” isə ilk dəfə məğlubiyyətlə barışmalı olmuşdur.

Turun qalan görüşlərində “Kəpəz” səfərdə “Rəvan”dan güclü oynayıb (2:0) öz turnir vəziyyətini bir qədər də yaxşılaşdırmış, “Neftçi” “Qəbələ”yə uduzmuş (0:1), “Xəzər-Lənkəran” pərəstişkarlarını AZAL üzərində qələbə ilə sevindirmiş (3:1), “Sumqayıt”la “İnter” isə meydanı eyni hisslərlə tərk etmişlər-1:1.

Səkkiz turdan sonra turnir cədvəlinə başçılıq edən “Qarabağ”ı (20 xal) ikinci mövqedə olan “Qəbələ”dən (19) əvvəlki kimi 1 xal ayırır, üçüncü pillədə isə son oyundakı məğlubiyyətə baxmayaraq, 15 xala malik “Zirə” irəliləyir. Cədvəlin birinci yarısında qərar tutan daha iki komanda “İnter” ilə “Kəpəz” müvafiq surətdə 14 və 11 xal toplamışlar.

İndi yenə nəzərlərimiz “Qarabağ”la “Qəbələ”yə yönələcək. Artıq iki gündən sonra, oktyabrın 22-də Ağdam klubu UEFA Avropa Liqasının qrup mərhələsi turnirində üçüncü tur çərçivəsində Fransada “Monako”nun qonağı olacaq, Qəbələ futbolçuları isə Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında