“Qızıl əlcək”li Elvin Məmişzadə

Azərbaycan boksçusu Elvin Məmişzadə (52 kq) Qətərin paytaxtı Doha şəhərində yenicə başa çatmış dünya çempionatında əsl ustalıq nümunəsi göstərmişdir.

 İyunda Birinci Avropa Oyunlarının çempionu olmuş istedadlı dəri əlcək ustası dünya çempionatı rinqini də qızıl medal və Rio-de-Janeyro Olimpiadası-2016-ya lisenziya ilə tərk etmişdir. Finalda kubalı Yosbani Veytianı məğlubiyyətə uğradan Elvinin bu böyük nailiyyəti ölkəmizin dövlət müstəqilliyinin 24-cü ildönümünə gözəl töhfədir!

Dünya çempionatında qaliblərin mükafatlandırılması mərasimində Azərbaycanın daha üç boksçusu fəxri kürsüyə dəvət olunmuşdur. Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) bürünc medallar qazanmışlar. Məmişzadə kimi, Bağırov da Olimpiada rinqində döyüşəcək. Səlimov bu  hüququ əvvələr özünə təmin etmişdir. Abdullayev isə növbəti təsnifat yarışlarında Olimpiya “biletinə” sahib olmağa çalışacaq.

Təmsilçilərimizin Qətərdə qazandıqları 4 medal–1 qızıl,

1 gümüş və 2 bürünc mükafat dünya çempionatında komanda hesabında yığmamızı üçüncü mövqeyə çıxarmışdır. Birinci-ikinci yerləri isə müvafiq surətdə Kuba (4 qızıl, 2 gümüş,

1  bürünc medal) və Rusiya (2+1+1) komandaları tutmuşlar.

Boksçuların növbəti dünya çempionatı 2017-ci ildə Hamburqda (Almaniya) keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında