İdman xəbərləri

Dörd qələbədən sonra məğlubiyyət
Plovdivdə (Bolqarıstan) keçirilən şahmat üzrə klublararası Avropa çempionatının beşinci turu Azərbaycanın "SOCAR" komandası üçün uğursuz olmuşdur. Təmsilçimiz ardıcıl dörd matçda qələbədən sonra Rusiyanın "Ekonomist" klubuna uduzmuşdur - 2:4.
Bu görüşdə komandamızdan təkcə üçüncü taxtada çıxış edən Aleksandr Qrişuk rəqibə öz üstünlüyünü sübuta yetirə bilmişdir. O, Yevgeni Alekseyevə qalib gəlmişdir. Teymur Rəcəbov Yevgeni Tomaşevskiyə, Rüstəm Qasımcanov Ni Huaya qarşı görüşlərdə hərəyə yarım xal qazanmışlar. Qalan taxtalarda Şəhriyar Məmmədyarov Pavel Elyanova, Aleksey Şirov Dmitri Andreykinə, Maksim Vaşye-Laqrav Aleksandr Moiseyenkoya uduzmuşlar.
Dünən axşam keçirilən altıncı tur ərəfəsində turnir cədvəlinə başçılıq edən "Ekonomist"in 10 xalı var idi. İkinci yeri tutan "Mika" (Ermənistan) liderdən bir xal geri qalırdı. "SOCAR" və daha beş komanda 8 xal toplamışdı. Dünənki turda Azərbaycan klubu Sankt-Peterburq şahmat klubunun komandası ilə görüşmüşdür.

{nl}

Qaralarla ikinci görüşdə də heç-heçə
Təqvimin hökmü ilə azərbaycanlı qrossmeyster Vüqar Həşimov Çin Xalq Respublikasının Nansizn şəhərində keçirilən "Böyük dəbilqə" yarışlarının birinci mərhələsinin startında ardıcıl ikinci görüşdə də qara fiqurlarla oynamışdır. Superturnirin açılış turunda Veselin Topalovla (Bolqarıstan) heç-heçəyə razılaşan şahmatçımız ertəsi gün Van Yue (Çin) ilə gərgin mübarizədən də 60-cı gedişdə yarım xalla ayrılmışdır.
İkinci turun digər iki oyununda da qalib müəyyənləşməmişdir. Vişvanatan Anand (Hindistan) - Maqnus Karlsen (Norveç) və Etyen Bakro (Fransa) - Topalov görüşlərində imkanlar bərabər olmuşdur.
İki turdan sonra turnirdə liderlik edən Karlsenin 1,5 xalı vardır. Həşimov, Topalov, Anand və Van Yue hərəyə 1 xal toplamışlar, sonuncu, altıncı yerdə olan Bakro onlardan yarım xal geri qalır.
Dünən keçirilən üçüncü turda Həşimov Bakroya uduzmuşdur.

{nl}

"Gəncə" Bakıda, AZAL Qəbələdə
Milli futbol çempionatımızın doqquzuncu turunda müvafiq surətdə "Xəzər-Lənkəran" və "İnter" üzərində gurultulu qələbələri ilə çoxlarını təəccübləndirən və diqqəti özlərinə cəlb edən "Gəncə" və AZAL-ı start ərəfəsində olan onuncu turda səfərdə növbəti ciddi sınaqlar gözləyir. Turun bu günə təyin edilmiş üç oyunundan ikisi onların iştirakı ilə keçiriləcəkdir. "Gəncə" Bakıda "Neftçi"nin, AZAL isə Qəbələdə eyniadlı yerli klubun qonağı olacaq. Günün digər görüşündə "Xəzər-Lənkəran" "Turan"ı qəbul edəcək.
Azarkeşlər onuncu turun qalan üç görüşünü sabah izləyəcəklər: "Muğan" - "Qarabağ", "İnter" - "Bakı", MOİK-"Simurq".
Xatırladaq ki, bu oyunlar qarşısında vahid lider "Neftçi" 20 xala malikdir. İkinci yeri 18 xalla Lənkəran klubu tutur. Üçüncü-dördüncü pillələrdə hərəyə 17 xalı olan AZAL və "Qarabağ" irəliləyirlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında