SOCAR və “Odlar Yurdu” Makedoniyada

Sabah Makedoniyanın  paytaxtı Skopyedə  şahmat  üzrə  klublararası Avropa kuboku yarışının açılış mərasimi olacaq. Yeddi turdan ibarət  turnirdə hər  komandanın  heyətinə  səkkiz  şahmatçı daxildir (6 əsas  və 2  ehtiyat oyunçu).

Azərbaycan  turnirdə iki  komanda ilə  çıxış  edəcək.  SOCAR-ın  şərəfini  Şəhriyar Məmmədyarov, Teymur  Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Fabiano  Karuana (ABŞ),  Veselin  Topalov (Bolqarıstan),  Aniş  Giri (Hollandiya)  və  Maykl  Adams (İngiltərə) qoruyacaqlar.

“Odlar  Yurdu”  isə  Emil Sutovski, Vasif Durarbəyli,  Qədir  Hüseynov,  Ülvi Bacarani,  Nicat  Abbasov,  Nicat Məmmədov, Vüqar Rəsulov və  Zaur Məmmədovdan ibarət heyətlə  yarışacaq.

Turnirdə ilk  görüşlər  oktyabrın 18-də  keçiriləcək.  Çempion komanda,  habelə  gümüş  və bürünc  medalların sahibləri oktyabrın 24-nə təyin edilmiş yeddinci turun  matçlarından sonra  məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında