Teymur Rəcəbov dünya çempionatının bürünc mükafatçısıdır

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Berlində sürətli şahmatın rapid növü üzrə dünya çempionatında çıxışlarını bürünc medalla başa vurmuşdur.

Təmsilçimiz 160-a qədər rəqibin mübarizə apardığı çempionatda 15 görüşdə 10,5 xal toplamışdır. Yan Nepomnyaşi (Rusiya) və Leniyer Dominges də (Kuba) Rəcəbovla eyni nəticə göstərmişlər. Əlavə göstəricilərə görə gümüş mükafata rusiyalı, bürünc medala Azərbaycan şahmatçısı sahib  olmuşlar. Çempion adını isə norveçli Maqnus Karlsen qazanmışdır (11,5 xal).

Şəhriyar Məmmədyarov, rusiyalılar Dmitri Boçarov,  Vladimir Kramnik, Ernesto İnarkiyev, ukraynalılar Vladimir Onişuk, Vasili İvançuk, İqor Kovalenko (Latviya), fransız Maksim Vaşye-Laqrav finişə 10 xalla çatmışlar.

Dünya çempionatında iştirak etmiş Azərbaycanın digər şahmatçılarından Qədir Hüseynov 9,5, Rauf Məmmədov və Eltac Səfərli hərəyə 8, Namiq Quliyev 6 xal toplamışlar.

Dünən isə qrossmeysterlərin blits üzrə dünya çempionatına start verilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında