Finiş yaxınlaşır

Doha şəhərində (Qətər) keçirilən XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında yarımfinalda döyüşmək hüququ qazanan Azərbaycanın dörd dəri əlcək ustasından birinci olaraq Abdulqadir Abdullayev (91 kq) rinqə çıxmışdr. Təəssüf ki, təmsilçimiz bu mərhələdə kubalı Erislandi Savona uduzaraq çempionatda bürünc medalla kifayətlənməli olmuşdur.

Digər üç boksçumuz yarımfınal görüşlərini dünən axşam keçirmişdir. Finalın astanasında Elvin Məmişzadə (52 kq) əlcəzairli Məhəmməd Flissi ilə qarşılaşmış, Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) isə müvafiq sürətdə braziliyalı Robson Donato və Qazaxıstan boksçusu Daniyar Yelesuinov ilə döyüşmüşlər.

Xatırladaq ki, 52 kq çəki dərəcəsində finalçılar, 60 və 69 kq çəkilərdə isə üç mükafatçı Olimpiadaya vəsiqə qazanacaq. Görək lisenziyaların xoşbəxt sahibləri kim olacaq. 

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında