Qaliblər eyni nəticə göstərdilər

Azərbaycanın dövlət müstəqilliyinin 24-cü ildönümünə həsr edilən “Baku Open-2015" beynəlxalq şahmat turnirinə yekun vurulmuşdur. Yarışın qalibləri finişə eyni nəticə ilə çatmışlar.

Əllidən çox rəqibin iştirak etdiyi turnirdə iranlı Ehsan Qaem Maqami, azərbaycanlı qrossmeyster Nicat Abbasov və hindistanlı B.Adxibani 9 mümkün xaldan hərəyə 6,5 xal toplamışlar. Əlavə göstəricilərə görə birinci yeri Maqami tutmuşdur. Abbasov ikinci mükafata sahib olmuşdur.

 

Azərbaycan idmançıları fəxri kürsüdə

 

Cənubi Koreyada keçirilən Hərbçilərin VI Ümumdünya Oyunlarının taekvondo turnirinin birinci günü mübarizəyə qoşulan Azərbaycan idmançısı Radik İsayev (+87 kq) çıxışlarını fəxri kürsüdə başa vurmuşdur.

Dünya çempionu və birinci Avropa Oyunlarının qalibi olan İsayev öz mükafatlar kolleksiyasını bürünc medalla zənginləşdirmişdir.

Dünən axşam Koreyadan növbəti fərəhli xəbər aldıq. Taekvondoçu Ayxan Tağızadə (68 kq) gümüş medal qazanmış, yunan-Roma üsulu ilə güləşən Rafiq Hüseynov (80 kq) isə Hərbçilərin Ümumdünya Oyunlarının çempionu olmuşdur.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında