“Bürünc”, üstəgəl “gümüş”

Cənubi Koreyanın Munqyeonq şəhərində davam edən Hərbçilərin VI Ümumdünya Oyunlarında sərbəst üsulla güləşənlərin turnirinin ikinci günü Azərbaycanın daha bir idmançısı fəxri kürsüdə təbrikləri qəbul etmişdir.

Bu dəfə komandamıza medalı 70 kq çəki dərəcəsində çıxış edən Coşqun Əzimov qazandırmışdır. Azərbaycan güləşçisi finala aparan yolda Livan, Ukrayna və Monqolustan idmançılarını məğlubiyyətə uğratmış, ancaq həlledici görüşdə rusiyalı rəqibinə uduzub gümüş mükafatçı olmuşdur. Bu, turnirin birinci günü bürünc medal qazanmış Ağahüseyn Mustafayevin (65 kq) uğurundan sonra “sərbəstlərimizin” ikinci müvəffəqiyyətidir.

Bu gün və sabah isə yunan-Roma üsulu ilə güləşənlər Oyunların medalları uğrunda mübarizə aparacaqlar. Onların yarışında ölkəmiz beş çəki dərəcəsində təmsil olunacaq.

Oqtay BAYRAMOV,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında