Bakı Olimpiya Stadionu: Azərbaycan — İtaliya

Bu  ilin iyun ayında birinci Avropa Oyunlarının qəlbləri  riqqətə gətirən möhtəşəm  açılış və  bağlanış  mərasimlərinə  şahidlik  etmiş Bakı  Olimpiya  Stadionu daha bir  tarixi hadisə  ərəfəsindədir.

Sabah saat 21-də  bu  əzəmətli stadionda  final  mərhələsi 2016-cı ildə  Fransada  keçiriləcək  Avropa  çempionatının  seçmə  yarışları  çərçivəsində Azərbaycan  —  İtaliya  matçı oynanılacaq.  Görüş  çox  maraqlı  və gərgin  mübarizə  vəd edir — bir tərəfdə indiki turnirin “H” qrupunda son  dörd  görüşdə  məğlubiyyətin  nə  olduğunu  bilməyən və  uğurlu oyunlar seriyasını  davam etdirmək  əzmində olan  yığmamız,  digər tərəfdə  isə dördqat dünya  çempionu.

İtaliya  futbolçuları Bakıya 18  xalla  qrupun  vahid lideri  kimi  gəlirlər. Final  mərhələsinə vəsiqə  uğrunda  mübarizədə  onların  əsas  rəqibləri  Norveç  və  Xorvatiya  müvafiq  surətdə 16  və 14  xal  toplamışlar. Sonrakı üç yeri  tutan Bolqarıstanın 8, Azərbaycanın 6 və  Maltanın  2  xalı  vardır.

Sabah  qrupda  Azərbaycan — İtaliya  qarşılaşması  ilə  yanaşı, Norveç —  Malta  və Xorvatiya —   Bolqarıstan  görüşləri də  keçiriləcəkdir.

UEFA  Bakı  Olimpiya Stadionunda ilk  rəsmi oyunun  hakimliyini  şotlandiyalı  Uilyam  Qolluma  həvalə etmişdir.  Onun  köməkçiləri Damyen Makqrayt (İrlandiya)  və  Fransis  Konnor  (Fransa) olacaq.  Dördüncü  hakim  funksiyasını  şotlandiyalı  Alastar Mater  yerinə yetirəcək.

Oqtay BAYRAMOV,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında