Hərbçilərin Ümumdünya Oyunlarının azərbaycanlı mükafatçıları

Cənubi Koreyada Hərbçilərin VI Ümumdünya Oyunları davam edir. Bu yarışlarda idmanın dörd növündə (cüdo, sərbəst güləş, boks və taekvondo) təmsil olunan Azərbaycan idmançıları artıq tatami ustalarının turnirində çıxışlarını başa vurmuşlar.

Cüdoçularımız beş dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Vüqar Şirinli 60 kq çəki dərəcəsində yalnız finalda uduzub gümüş medal qazanmışdır. Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq) bürünc mükafatlara sahib olmuşlar. Cüdo yığmamız komanda turnirində də uğurla çıxış edərək üçüncü yeri tutmuşdur.

Azərbaycan idmançıları sərbəst güləşdə də medallarının hesabını açmışlar. Bu növ üzrə yarışların birinci günü Ağahüseyn Mustafayev fərqlənmişdir. Təmsilçimiz 65 kq çəki dərəcəsində üçüncü yeri tutaraq Oyunların bürünc mükafatçısı olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında