Rinq ustalarımız medal və lisenziya döyüşlərinə qələbə ilə başlamışlar

Azərbaycan boksçuları Qətərin paytaxtı Doha şəhərində keçirilən Rio-de-Janeyro Olimpiadası-2016-ya lisenziya xarakterli dünya çempionatına inamlı qələbələrlə başlamışlar. Çempionatın birinci günü rinqə çıxan hər iki dəri əlcək ustamız döyüşdən qalib ayrılmışdır.

Əvvəlcə 64 kq çəki dərəcəsində çıxış edən Lorenso Sotomayor qələbəyə sevinmişdir. Təmsilçimiz kanadalı rəqibi Artur Biyarslanovu məğlubiyyətə uğratmışdır. Sonra isə Rüfət Hüseynov (49 kq) Mərakeş boksçusu İmad Axoyona qalib gəlmişdir.

Dünya çempionatında bu iki boksçumuzun növbəti rəqibləri də artıq məlumdur. İkinci mərhələdə Sotomayor Əlcəzair idmançısı ilə qarşılaşacaq, Hüseynovu isə özbəkistanlı Xasanbay Dusmatov ilə görüş gözləyir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Doha turnirində səkkiz nəfərlə təmsil olunur. Dünən dünya çempionatı növbəti çəki dərəcələrində döyüşlərlə davam etdirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında