İdman

"SOCAR" "Vesnyanka"ya da qalib gəlib birinci pilləyə yüksəldi
Azərbaycanın "SOCAR" komandası Bolqarıstanın Plovdiv şəhərində finişə yaxınlaşmaqda olan şahmat üzrə klublararası Avropa çempionatının dördüncü turunda Belarusun "Vesnyanka" komandası üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanaraq turnir cədvəlinin zirvəsinə yüksəlmişdir. Ermənistanın "Mika" və Rusiyanın "Ekonomist" klubları da "SOCAR" kimi 8 xal toplamışlar. Lakin əlavə göstəricilərə görə cədvələ Azərbaycan təmsilçisi başçılıq edir.
Belarus şahmatçıları ilə matçda Şəhriyar Məmmədyarov Andrey Jiqalkonu, Aleksandr Qrişuk Kirill Stupakı, Maksim Vaşye-Laqrav Yevgeni Podolçenkonu, Eltac Səfərli Yevgeni Moçalovu məğlubiyyətlə barışmağa məcbur etmişlər. Aleksey Şirovla Rauf Məmmədov isə müvafiq surətdə Vitali Teterov və Yuri Tixonovla heç-heçəyə razılaşmışlar.
Dünən keçirilən beşinci turda "SOCAR"ı "Ekonomist"lə matçda prinsipial mübarizə gözləyirdi. Bu görüşün qalibi finiş ərəfəsində qızıl medallar uğrunda rəqabətdə yaxşı imkan qazanacaqdı.{nl}

Topalovla heç-heçə
Azərbaycan şahmatçısı Vüqar Həşimov Çin Xalq Respublikasının Nansizn şəhərində keçirilən "Böyük dəbilqə" yarışlarının yeni mərhələsinə keçmiş dünya çempionu bolqarıstanlı Veselin Topalova qarşı görüşlə başlamışdır. Qrossmeysterimiz qaralarla dəqiq müdafiə olunmuş və 55-ci gedişdə rəqiblər heç-heçəyə razılaşmışlar.
Start turunun digər iki görüşündə Maqnus Karlsen (Norveç) fransız Etyen Bakroya qalib gəlmiş, Vişvanatan Anand (Hindistan) çinli Van Yue ilə xalı yarı bölmüşdür.
Dünən keçirilən ikinci turda da Həşimov qara fiqurlarla oynamışdır. Bu dəfə onun rəqibi Van Yue olmuşdur.Oyun heç-heçə nəticələnmişdir.
Qeyd edək ki, superturnirin mükafat fondu 250 min avrodur. Qalib 80 min avro qazanacaq. İkinci-üçüncü yerlər üçün müvafiq surətdə 55 və 40 min avro mükafat nəzərdə tutulmuşdur. Sonrakı üç yeri tutan qrossmeysterlərə 30, 25 və 20 min avro təqdim olunacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında