Sergey Karyakin Dünya kubokunu əzmkar qələbələrlə qazandı

Azərbaycan paytaxtının “Fairmont” otelində üç həftədən də çox davam edən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku turniri rusiyalı qrossmeyster Sergey Karyakinin əzmkar qələbəsi ilə başa çatmışdır.

Fəxri mükafatın sahibi həmvətəni Pyotr Svidler ilə həlledici final matçının ilk iki klassik görüşündə uduzmasına baxmayaraq, növbəti iki oyunda hesabı bərabərləşdirmiş, tay-breklərdə isə (dörd rapid, iki blits) altı görüşdən dördündə qalib gəlib, matçın yekununda 6:4 hesabı ilə qələbə qazanmışdır.

Mütəxəssislərin fikrincə, Bakıda Dünya kuboku yarışı, xüsusən də on görüşdə bir heç-heçənin belə qeydə alınmadığı final matçı bu yarışların tarixində ən maraqlı və ən gərgin turnirlərdən biri kimi yaşayacaq.

Hər iki finalçı iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə vəsiqə qazanmışdır.

Əla təşkili istinasız olaraq bütün iştirakçılar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən Dünya kuboku yarışını həm də 2016-cı ilin sentyabrında paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq baxımından baş məşq kimi qiymətləndirmək olar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında