Azərbaycan boksçuları dünya çempionatında

Dünən Qətərin paytaxtı Doha şəhərində gələn il avqustun 5-dən 21-dək Rio-de-Janeyroda (Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya çempionatına start verilmişdir.

Çempionatda Azərbaycanı səkkiz dəri əlcək ustası təmsil edir. Bunlar Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayevdir (91 kq).

Bu barədə azerisport-un yaydığı xəbərdə həmçinin bildirilir ki, 49, 52 və 81 kq çəki dərəcələrində finalçılar, 56, 60, 64, 69 və 75 kq çəkilərin hərəsində üç mükafatçı, 91 kq və 91 kq-dan yuxarı çəki dərəcələrində isə çempionlar Rio Olimpiadası-2016-ya lisenziya qazanacaqlar.

Dünya çempionatının təntənəli açılış mərasimində Azərbaycan komandasının bayraqdarı London Olimpiadası 2012-nin bürünc mükafatçısı Teymur Məmmədov olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında