Ağdamda kikboksinq turniri keçirilib

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan kişilər arasında peşəkar kikboksinq turniri keçirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarış Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Turnirin açılışında çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev ölkəmizdə

idman sahəsində əldə olunan uğurlardan, bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilməsinin nəticəsidir ki, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi qeyd edib. Vurğulanıb ki, bölgələrdə belə tədbirlərin keçirilməsi cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət edir.

Qeyd edilib ki, bu turnirdə 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi müəyyən ediləcək.

Gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblər, həmçinin məşqçi və müəllim heyəti, kikboksinq idman növünün inkişafında göstərdiyi səylərə görə Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Tərtər rayon gənclər və idman idarələrinin nümayəndələri mükafatlandırılıblar.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında