Dünya kubokunda Rusiya finalı

Üç həftədir ki, Azərbaycan paytaxtının  “Fairmont” otelində davam edən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku turnirində yarımfinal matçları da oynanılmış və yarımfinalda qarşılaşacaq rəqiblər məlum olmuşdur.

Baş rollarda Rusiya təmsilçiləri  Pyotr Svidler və Sergey Karyakini görürük. Bu qrossmeysterlər finalda müvafiq surətdə Aniş Giri (Hollandiya) və Pavel Elyanovu (Ukrayna) məğlubiyyətə uğratmış, bununla da baş mükafatı öz vətənlərinə təmin etmişlər.

Başlıcası isə, finalçılar Bakı turnirində qarşılarında duran əsas vəzifəni müvəffəqiyyətlə yerinə yetirmişlər. Bu günlər  Svidler də, Karyakin də dünya şahmat tacı uğrunda iddiaçıların  növbəti turnirində oynamaq hüququ verən vəsiqələrin sevincini yaşayırlar.

Bunun nə demək olduğunu hələ kubok yarışının gedişində bolqarıstanlı keçmiş dünya çempionu Veselin Topalov üzərində qələbədən sonra Svidlerin öz müsahibəsində söylədiyi fikirdən aydın dərk etmək olar: “  Bakıda Dünya kuboku  turnirində  qələbə mənim üçün prioritet deyil. Kolleksiyamda Dünya kuboku artıq var. İndi mənim üçün iddiaçıların turnirinə  vəsiqə qazanmaq daha vacibdir. Bu isə yalnız finala çıxmaq şərtilə mümkündür.”

Həqiqətən də, rusiyalı qrossmeysterlər finalın qapısını açmaqla  əsas məqsədlərinə nail olmuşlar. Ancaq, təbii ki, kubokun da sevincini yaşamaq pis olmaz.

Pyotr Svidler-Sergey Karyakin final matçı bu gün başlanacaq. Bütün əvvəlki mərhələlərdən, o cümlədən yarımfinaldan fərqli olaraq, həlledici matç dörd klassik görüşdən ibarətdir. Əgər bu görüşlərdən sonra hesab heç-heçə (2:2) olarsa, kubokun sahibini tay-breklər müəyyənləşdirəcək. Birinci görüşdə ağlarla Svidler oynayacaq.

Bakıda Dünya kuboku turnirində ən mühüm,  həlledici matç start ərəfəsindədir. Şahmat aləmi üçün çox maraqlıdır: kubok kimin üzünə güləcək:Svidlerin, yoxsa Karyakinin ?

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında