Bakıda avstriyalı, Krasnodarda polşalı hakimlər

UEFA Avropa  Liqası  turnirindəki Azərbaycan klubları  bu gün qrup  mərhələsində ikinci  turun oyunlarında meydana  çıxacaqlar.

Ağdamın “Qarabağ” komandası Tofiq  Bəhramov  adına  Respublika stadionunda  Belçikanın “Anderlext” klubunu  qəbul edəcəkdir (“J” qrupu). Saat 22-də  başlanacaq görüşü Oliver Draxtanın  başçılığı  ilə  avstriyalı  hakimlər  briqadası idarə edəcəkdir.

Bu oyun  başa çatdıqdan dərhal sonra,  Bakı  vaxtı ilə saat 00:05-də Krasnodarın “Kuban” stadionunda “C” qrupunda çıxış edən yerli “Krasnodar” ilə  “Qəbələ”nin görüşünə start veriləcəkdir.  UEFA  bu  matçın  hakimliyini Polşa Futbol Federasiyasının  nümayəndələrinə  həvalə etmişdir. Baş  hakim funksiyasını Marçin Barski yerinə yetirəcəkdir.

İndi  “Qarabağ” liqanın qrup  mərhələsinin startında Londonda “Tottenhem” ilə  görüşdəki məğlubiyyətdən sonra (1:3) öz  pərəstişkarları  qarşısında  qələbəyə  can atacaq, iki həftə  əvvəl “Bakcell  Arena”da PAOK (Yunanıstan)  ilə oyundan  qolsuz  heç-heçə  ilə  ayrılan  Qəbələ futbolçuları isə səfərdə Rusiya  klubuna  layiqli  müqavimət göstərib,  xal  ehtiyatlarını  artırmaq əzmindədirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında