Azərbaycan Avropa çempionatının final mərhələsində

Ölkəmizin futzal ustaları Avropa çempionatının final mərhələsində oynayacaqlar. Yığmamız bu hüququ seçmə yarışlarının pley-off mərhələsində Slovakiya komandası ilə görüşlərdə müvəffəqiyyət sayəsində qazanmışdır.

Bir həftə əvvəl Bakıda keçirilmiş birinci oyunda 3:1 hesabı ilə qalib gələn millimiz Slovakiyanın Trnava şəhərində cavab görüşündə də inamla oynayaraq bu üstünlüyü qoruyub saxlaya bilmişdir. Rəqib meydanında 1:1 hesabı ilə başa çatan oyunda Azərbaycan komandasında qolun müəllifi Vitali Borisov olmuşdur.

Bununla da futzal yığmamız tarixində dördüncü dəfə Avropa çempionatının final mərhələsinə çıxmışdır. Daha on kollektiv Rusiya, İspaniya, İtaliya, Ukrayna, Sloveniya, Xorvatiya, Portuqaliya, Serbiya, Qazaxıstan və Çexiya komandaları da gələn ilin  fevral ayında Serbiyada keçiriləcək Avropa çempionatının final turnirinə vəsiqəni özlərinə təmin etmişlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında