Yarımfinalın astanasında

Bakıda davam edən şahmat üzrə Dünya kuboku yarışı həlledici mərhələyə qədəm qoymuşdur. Dünən “Fairmont” hotelində dörddəbir final görüşlərinə start verilmişdir.

Kuboka 128 iddiaçıdan 120-nin, o cümlədən keçmiş dünya çempionları Vladimir Kramnik (Rusiya) və Veselin Topalovun (Bolqarıstan) mübarizəni dayandırdıqları bu çox mötəbər turnirdə indi yalnız səkkiz rəqib çıxışlarını davam etdirir. Fəxri mükafatın və iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə iki vəsiqənin sahibləri də məhz bu qrossmeysterlər arasındadır.

Dünya kuboku meydanında yarımfinalın astanasında yoluna davam edən səkkiz iştirakçıdan ikisi Rusiya təmsilçiləri, qalan altısı isə Azərbaycan, Çin, Hollandiya, Fransa, ABŞ və Ukrayna şahmatçılarıdır.

Dörddəbir finalın ilk görüşü belə başa çatmışdır: Şəhriyar Məmmədyarov –Sergey Karyakin (Rusiya) 0,5–0,5,  Pyotr Svidler (Rusiya)-Vey İ (Çin) 0,5–0,5, Aniş Giri (Hollandiya)-Maksim Vaşye-Laqrav (Fransa) 0,5–0,5, və Hikaru Nakamura (ABŞ)-Pavel Elyanov (Ukrayna) 0–1.

Əvvəlki  mərhələlərdəki kimi, əgər dörddəbir finalda da iki klassik görüşdən sonra hesab heç-heçə olarsa, yarımfınalçıları tay-breklər müəyyənləşdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında