Rəqiblər yığmamızla bacarmadılar

Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol komandası 2016-cı il Avropa çempionatının seçmə mərhələsində hər üç rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.

Üstəlik də, futbolçularımız Uelsdə keçirilmiş bu turnirin iki görüşündə böyük hesabla qələbə qazanmışlar. Belçika ilə oyunda 3:0, meydan sahiblərinə qarşı görüşdə 4:1 hesabı qeydə alınmışdır. Xorvatiya ilə matçda isə yığmamızın üstünlüyü bir top fərqlə ifadə olunmuşdur-2:1.

Nəticədə üç görüşdə maksimum miqdarda 9 xal toplayan Azərbaycan futbolçuları qrupun qalibi olaraq Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanmışlar. Belçikalılar finişə 6, xorvatlar 3 xalla çatmışlar, Uels komandası isə hər üç oyunda uduzmuşdur.

Elit mərhələdə komandamızın rəqibləri noyabrın 13-də İsveçrənin Nyön şəhərində keçiriləcək püşkatma mərasimində məlum olacaq.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında