Liderin növbəti qələbəsi

Topaz Premyer Liqasının beşinci turunda Gəncədə “Kəpəz”in qonağı olmuş “Qarabağ” qollarla kifayət qədər zəngin oyunda 3:2 hesabı ilə qələbə qazanaraq, xal ehtiyatını 13-ə çatdırıb turnir cədvəlində vahid lider mövqeyini qoruyub saxlamışdır.

Cədvəldə Ağdam klubunun ən yaxın izləyicilərindən biri “İnter” də rəqib meydanında fərqlənmiş, AZAL ilə görüşün taleyini bir dəqiq zərbə ilə öz xeyrinə həll etmişdir-1:0. Bu qələbədən sonra “İnter”in 10 xalı vardır.

“Zirə” meydan sahibi amilindən maksimum dərəcədə istifadə etmişdir. “Rəvan” ilə görüşdə müvəffəqiyyət (2:1) debütanta 9 xalla liderlər qrupunda qərar tutmaq imkanı yaratmışdır.

“Neftçi”-“Xəzər-Lənkəran” görüşündə isə rəqiblər meydanı eyni hisslərlə tərk etmişlər. Heç-heçə – 1:1.

Beşinci tura “Qəbələ”-“Sumqayıt” görüşü ilə yekun vurulmuşdur.  “Qəbələ” 1:0 hesabı ilə çətin qələbə qazanaraq xallarının sayını 10-a çatdırmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında