İdman xəbərləri

Plovdivdə üçüncü qələbəmiz
"SOCAR Azərbaycan" komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında ardıcıl üçüncü matçda rəqibindən daha dəqiq oynamışdır. Lakin ilk iki turdan fərqli olaraq üçüncü "raundda" təmsilçimiz qələbəyə çətinliklə nail olmuşdur. Ukraynanın Çerniqov şəhərinin "ADAN DZO PQMB" klubu ilə görüşdə 3,5:2,5 hesabı qeydə alınmışdır.
Komandamız matçda həlledici xalları birinci və üçüncü taxtalarda qazanmışdır. Şəhriyar Məmmədyarov və Aleksandr Qrişuk müvafiq surətdə Baadur Cobava və Sergey Jiqalkoya qalib gəlmişlər. Digər taxtalarda Teymur Rəcəbov Anton Korobovla, Aleksey Şirov Vladimir Baklanla, Maksim Vaşye-Laqrav Sergey Azarovla "dinc" nəticəyə razılaşmışlar. Təkcə Rüstəm Qasımcanov Aleksandr Lastinə uduzmuşdur.
Bu turdan sonra liderlərin sıraları ikiqat seyrəlmişdir. Əgər buna qədər 49 komandadan 10-u maksimum nəticə göstərmişdisə, indi yalnıh beş klubun hesabında üç qələbə vardır. "SOCAR"la yanaşı "Bihaç" (Bosniya və Herseqovina), "Ekonomist" (Rusiya), "Mika" (Ermənistan) və "Şaxmatı 64" (Rusiya) komandaları hərəyə 6 xal toplamışlar.
Dünən keçirilən dördüncü turda Azərbaycan klubu "Vesnyanka" (Belarus) ilə görüşmüşdür.

{nl}

Spartakiadanın ilk qalibləri
"Zenit" İdman Cəmiyyəti Respublika Şurasının Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş və "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi ilə keçirilən XIII respublika spartakiadasının mini-futbol yarışlarına yekun vurulmuşdur.
Milli Aviasiya Akademiyasının idman kompleksində təşkil edilən turnirdə altı kollektiv çıxış etmişdir. Qalib adını Metal İşçiləri Federasiyası Həmkarlar İttifaqının komandası qazanmışdır. İkinci mükafat aviasiya işçilərinin komandasına təqdim olunmuş, üçüncü yeri isə avtomobil nəqliyyatı və yol təsərrüfatı işçilərinin təmsilçiləri tutmuşlar.
Bu yarış başa çatdıqdan sonra elə həmin idman kompleksində voleybolçular spartakiadanın mükafatları uğrunda mübarizəyə başlamışlar.

{nl}

"Sabahın ulduzları": kim irəlidədir?
Bakı Futbol Federasiyasının mətbuat xidmətindən redaksiyamıza bildirmişlər ki, altıncı dəfə keçirilən "Sabahın ulduzları" paytaxt çempionatında artıq üç turun oyunları arxada qalmış və ilk liderlər müəyyənləşmişdir.
On üç rəqibin mübarizə apardığı yuxarı yaş qrupunda (12-13 yaşlılar) turnir cədvəlinə hər üç oyunda qələbə qazanan "Bakı FK ulduzları" komandası başçılıq edir - 9 xal. İkinci mövqedə olan "Neftçi" İSM yetirmələri də itkisiz irəliləyirlər. Onlar iki görüşdə 6 xal toplamışlar.
Aşağı yaş qrupunda (9-11 yaşlılar) yarışlar iki qrupda keçirilir. "A" qrupunda 9 xala malik "Neftçi" PFK liderdir. İkinci yeri tutan "Sülh" komandası ondan 3 xal geri qalır. "B" qrupunda isə "Bakı" və "Neft Daşları" startda yüzfaizli nəticə göstərmişlər. Bu komandalar keçirdikləri hər üç oyundan qalib ayrılaraq hərəyə 9 xal toplamışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında