Dünya kuboku sahibini gözləyir

Xəbər verdiyimiz kimi, FİDE- nin Dünya kuboku turnirinin üçüncü mərhələsinin birinci raund görüşlərindən sonra azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov “Fairmont” hotelini hindistanlı Seturaman üzərində qələbə ilə tərk etmiş, Teymur Rəcəbov Pyotr Svidlerlə (Rusiya), Qədir Hüseynov isə Din Lijenlə (Çin) heç-heçə oynamışlar.

Həmin gün 1/16 finalın qalan 13 görüşündən üçündə qələbə, onunda “dinc” nəticə qeydə alınmışdır. Rusiyalı Sergey Karyakin çinli Yun Yanyini məğlubiyyətə uğratmış, Fabiano Karuana (ABŞ) Anton Kovalyova (Kanada) qalib gəlmiş, Pavel Elyanov (Ukrayna) Aleksandr Qrişukdan (Rusiya) dəqiq oynamışdır. Qeyd edək ki, qələbə ilə başa çatan görüşərdən təkcə birində Elyanov qaralarla müvəffəqiyyət qazana bilmişdir.

Veselin Topalov (Bolqarıstan)-Lu Şanqley (Çin), Dmitri Andreykin-Vladimir Kramnik (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa)-Yevgeni Tomaşevski (Rusiya), Peter Leko (Macarıstan)-Aniş Giri (Hollandiya), Uesli So (ABŞ)-Le Quanq Lyöm (Vyetnam) görüşlərində və daha bir neçə oyunda qalib müəyyənləşməmişdir.

Dünən rəqiblər 1/16 finalın ikinci görüşlərində qarşılaşmışlar. Bu dəfə hər üç şahmatçımız qaralarla oynamışdır.

Məmmədyarov Seturamanla, Rəcəbov Svidlerlə heç-heçəyə razılaşmışlar. Hüseynov Lizenə uduzmuşdur.

Beləliklə Şəhriyar artıq səkkizdəbir finaldadır, Qədir turnirdə iştirakını dayandırmış, Teymuru isə bu gün taybreklər gözləyir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında