Azərbaycan üçlüyü üçüncü mərhələdə

Bakının “Fairmont” otelində şahmat həyəcanları davam edir.  Bir həftə əvvəl burada FİDE-nin Dünya kuboku uğrunda mübarizəyə qoşulan 128 rəqibin sıraları getdikcə seyrəlir. Azərbaycan şahmat məktəbinin yetirmələrindən birinci olaraq 1/16 finala Qədir Hüseynov çıxmışdır.

Start mərhələsində rusiyalı Maksim Matlakovu yarışdan kənarlaşdıran qrossmeysterimiz ikinci raundda çexiyalı David Navara ilə matçdan da qalib ayrılmışdır. Hüseynov rəqibini 1,5:0,5 hesabı ilə məğlubiyyətə uğradaraq turnirin ən yaxşı 32 iştirakçısı sırasında mübarizəni davam etdirmək hüququ qazanmışdır. İndi Qədir ilk uğurlarını 1/16 finalda Çin şahmatçısı Din Lijen ilə görüşlərdə bir qədər də inkişaf etdirməyə çalışacaq.

Rauf Məmmədov isə Dünya kuboku turniri iştirakçılarının siyahısında ən yüksək reytinqə malik qrossmeysterlərdən biri Fabiano Karuana (ABŞ) ilə görüşlərdən sonra bu yarışda çıxışlarını dayandırmalı olmuşdur – 0,5:1,5 (qara fiqurlarla məğlubiyyət, ağlarla heç-heçə).

Digər iki şahmatçımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ikinci raundda iki klassik görüşdə rəqibləri ilə heç-heçəyə razılaşmışlar. Məmmədyarov İfan Hou (Çin), Rəcəbov isə israilli İlya Smirin ilə “əsas vaxtda” 1:1 hesabı ilə kifayətlənmişlər. Hər iki şahmatçımız tay-breykdə qalib gələrək növbəti mərhələyə keçmişlər.

T.Rəcəbov, Ş.Məmmədyarov, Q.Hüseynov kimi, bolqarıstanlı Veselin Topalov, macar Peter Leko, polşalı Radoslav Voytaşek, Uesli So (ABŞ), Fransa təmsilçisi Maksim Vaşye-Laqrav, Vladimir Kramnik, Dmitri Andreykin (hər ikisi Rusiya), ukraynalılar Pavel Elyanov, Vasili İvançuk və daha bir neçə şahmatçı indi üçüncü mərhələ görüşlərinə hazırlaşır.

Klassik görüşlərdə qaliblərin müəyyənləşmədiyi cütlərdə isə kimin turnir məsafəsində yoluna davam edəcəyinə dünən keçirilən sürətli oyun aydınlıq gətirməli idi.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında