Zirvələrə aparan ilk kövrək addımlar

Dünən  Bakıdakı 51 nömrəli orta məktəbdə yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Məktəbin direktoru Lətafət Səmədova 15 sentyabr - “Bilik Günü” münasibətilə şagirdləri, valideynləri və bütün pedaqoji kollektivi təbrik etdi. 

O, son illər Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısından, hər il yeni-yeni məktəblərin tikintisindən, aparılan təmir işlərindən danışdı. Bildirdi ki, tikilən məktəblər müasir laboratoriyalarla, yeni texniki avadanlıqlarla təzhiz edilir.

Qeyd olundu ki, hazırda məktəbdə 1400-dən artıq şagird təhsil alır.  Onların təlim-tərbiyəsi ilə 115 müəllim məşğul olur. Bu il birinci sinfə 130 nəfər qəbul olunub. Ötənilki məzunların 60 faizi respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunub. Abituriyentlərdən 5-i 500-dən yuxarı, 2-si isə 
600-dən yuxarı bal toplayıb.

Sonra “1a”  sinifinin rəhbəri Səkinə İbadovanın hazırladığı bədii kompozisiya nümayiş etdirildi. Məktəbə ilk qədəmlərini atan Yaqub, Əli, Rüstəm, Ayla, Sevil, Leyla və başqaları Vətən, məktəb, bayraq və s. haqqında şeirlər söylədilər, mahnılar oxudular, rəqs etdilər.

Axırda ilk zəng çalındı.  Məktəb həyatında ilk kövrək addımlarını atan şagirdlər bu zəngin sədaları altında sevinclə sinif otaqlarına axışdılar. Onları qarşıda elmin sirlərinə dərindən yiyələnmək üçün gərgin günlər, aylar və illər gözləyir. Bu çətin və şərəfli işdə bütün pedaqoji kollektivə və şagirdlərə uğurlar arzulayırıq.

Qabil YUSİFOĞLU,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında