Üç qrossmeysterimiz Dünya kuboku turnirinə qələbə ilə başladı

Üç qələbə və üç heç-heçə. Azərbaycanın ən yaxşı şahmatçıları bir çox ölkədən 128 rəqibi Bakıda öz bayrağı altına toplayan və ümumi mükafat fondu 1 milyon 600 min dollar olan FİDE-nin Dünya kuboku yarışının start mərhələsinin ilk görüşlərində belə nəticə göstərmişlər.

Qələbələri iranlı İdani Puyadan dəqiq oynayan Şəhriyar Məmmədyarov, rusiyalı həmvətənlər Maksim Matlakovla Yevgeni Nayerə qalib gələn Qədir Hüseynov və Rauf Məmmədov qazanmışlar. Teymur Rəcəbov-Samuel Sevyan (ABŞ), Eltac Səfərli Cabo Baloq (Macarıstan), Le Quanq Lyöm (Vyetnam)-Vasif Durarbəylli görüşlərində isə “dinc” nəticə qeydə alınmışdır.

Birinci raundun ilk “döyüşlərində” Artur Sseqvani (Uqanda) — Aniş Giri (Hollandiya) görüşü ən çox davam edən görüş olmuşdur. Turnir iştirakçılarının siyahısında reytinqə görə dördüncü mövqedə olan hollandiyalı həmin siyahıda 125-ci pillədə qərar tutmuş afrikalı rəqibinə qalib gələ bilməmişdir-6,5 saat davam edən mübarizə 158-ci gedişdə heç-heçə başa çatmışdır.

Dünən 1/64 finalın ikinci görüşləri keçirilmişdir. Artıq bildiyiniz kimi, iki oyunun yekununda uduzan şahmatçı turnirlə vidalaşır. İki görüşdən sonra hesabın heç-heçə olacağı təqdirdə növbəti mərhələyə vəsiqənin sahibini tay-brek müəyyənləşdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında