Hacı Əliyev ikiqat dünya çempionudur!

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının üzvü Hacı Əliyev 11 sentyabr axşamından bəri ikiqat dünya çempionu adı daşımağa başlamışdır. O, ABŞ-ın Las-Veqas şəhərində finişə çatmaqda olan dünya çempionatında bütün rəqiblərindən yaxşı hazırlıq və yüksək ustalıq nümayiş etdirmişdir.

H. Əliyev fəxri kürsünün zirvəsinə aparan yolda Moldova və Yaponiya idmançılarına qalib gəldikdən sonra yarımfinalda Bolqarıstan təmsilçisi Vladimir Dubovu da yarış meydanından məğlubiyyətlə yola salmış, finalda isə monqolustanlı Nomin Batbolda heç bir ümid yeri qoymamışdır-10:0!

Bununla da Azərbaycan güləşçisi Olimpiadaya lisenziya oynanılmayan 61 kq çəki dərəcəsində qızıl medal qazanmış və ikinci dəfə dünya çempionu olmuşdur.

Daha iki güləşçimiz Məhəmmədhacı Xatiyev və Xetaq Qazyumovun çıxış etdikləri çəki dərəcələrində isə rəqiblər medallarla yanaşı, lisenziya uğrunda da mübarizə aparmışlar. Xatiyev 86 kq çəkidə olimpiya vəsiqəsi qazanmış, Qazyumov isə 97 kq çəki dərəcəsində həm lisenziyaya, həm də bürünc mükafata sahib olmuşdur. Xetaq üçüncü yer uğrunda mübarizədə Elizbar Odikadzeyə (Gürcüstan) qalib gəlmişdir.

Həmin gün keçirilən görüşlərdən sonra Azərbaycan yığması yunan-Roma, sərbəst güləş yarışlarında və qadınların turnirində qazanılan lisenziyaların ümumi sayına görə əvvəlkitək birinci yeri tuturdu. Dünən növbəti çəki dərəcələrində keçirilən görüşlərədək komandamızın 10, ikinci-üçüncü pillələrdə irəliləyən Rusiya və İranın müvafiq surətdə 9 və 6 lisenziyası var idi.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında