Növbəti lisenziya Ştutqartda qazanıldı

Ölkəmizdə bədii gimnastikanın lideri, “Bakı-2015"birinci Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda Almaniyanın Ştutqart şəhərində keçirilən Rio-de-Janeyro Olimpiadası – 2016-ya lisenziya xarakterli dünya çempionatında qarşısında duran əsas vəzifəni müvəffəqiyyətlə həll etmiş, olimpiyaçı olmaq hüququnu sübuta yetirmişdir.

Gimnastımız çoxnövçülüyün final mərhələsində halqa, top, gürzlər və lentlə çıxışlarının ümumi yekununda 24 iştirakçı arasında altıncı nəticə göstərərək Olimpiya oyunlarına vəsiqə qazanmaq məqsədinə çatmışdır.

Dünən isə qrup hərəkətləri komandaları çoxnövçülükdə mübarizəyə başlamışlar. Azərbaycanı Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva və Aleksandra Platonovadan ibarət heyət təmsil edir. Bu yarışda Olimpiadaya “bileti” ilk on yeri tutan komandalar qazanırlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında