Polşalı Duda və azərbaycanlı Bacarani

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən 20 yaşınadək oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatının iştirakçıları mürəkkəb turnir məsafəsinin birinci yarısını başa vurmuşlar. Oğlanların yarışında yeddi turdan sonra iki liderdən biri Azərbaycan təmsilçisi Ülvi Bacaranidir.

Uğurlu görüşlər seriyasını çempionatda bir günlük fasilə ərəfəsində erməni rəqibi Karen Qriqoryanla oyunda qara fiqurlarla davam etdirən Bacarani bu qələbədən sonra 5,5 xalla turnir cədvəlində ikinci mövqeyə yüksəlmişdir. On üç turdan ibarət çempionatda Ülvini 6 xalla vahid lider mövqeyində olan polşalı Yan-Kriştof Dudadan yarım xal ayırır.

Digər şahmatçılarımız Nicat Abbasov və Misrəddin İsgəndərov yeddi görüşdə müvafiq surətdə 4,5 və 3 xal toplamışlar.

Qızların yarışında isə ilk yeddi turda dörd şahmatçımızdan Səbinə İbrahimova daha yüksək nəticəyə nail olmuşdur – 5 xal. Əgər həmyerlimizin ikinci-üçüncü pillələrdə irəliləyən ukraynalı Nataliya Buksa və qazaxıstanlı Dinara Saduakassovadan cəmi yarım addım geri qaldığını nəzərə alsaq, onun da çempionatın ikinci yarısında medal uğrunda mübarizə aparmaq imkanı pis deyil.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında