Beynəlxalq Muğam Mərkəzində şahmat üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub

Sentyabrın 10-da Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində şahmat üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə qonaqlara Azərbaycanda şahmatın inkişafı və dünya kuboku yarışlarının reqlamenti haqda məlumat verilib. Daha sonra turnir haqqında videoçarx nümayiş olunub.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov turnir iştirakçılarını və qonaqları salamlayıb. Bildirib ki, mötəbər yarışın Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu yaxınlarda Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib və “Bakı-2015”də 50 ölkənin idmançıları medallar uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları da ölkəmizi layiqli şəkildə təmsil ediblər. İndi də hər kəs şahmat üzrə dünya kuboku yarışlarının yüksək səviyyədə keçməsi üçün əlindən gələni edir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda bir sıra beynəlxalq şahmat turnirləri keçirilib. Zəka idman oyununa dövlət tərəfindən diqqət və qayğı göstərilir. İ.Babayev bu turnirdə Azərbaycan şahmatçılarının uğurlu çıxışına ümid etdiyini deyərək, hər bir idmançıya müvəffəqiyyətlər arzulayıb.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov “Bakı-2015” birinci Avropa Oyunlarının təşkilatçılığından söz açaraq, hər şeyin yüksək səviyyədə olduğunu vurğulayıb. K.İlyumjinov turnir iştirakçılarına uğurlar arzulayıb və dünya kuboku yarışlarını açıq elan edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra turnirin püşkü atılıb və açılış mərasimi bədii hissə ilə davam edib.

Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışlarının ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq. Bu mötəbər turnirdə Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında