Liderin yarım addımlığında

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən 20 yaşadək oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatının ilk beş turunda Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Ülvi Bacarani göstərmişdir.

Beşinci turda rusiyalı Daniil Yuffa qalib gələn Ülvi xal ehtiyatını 4-ə çatdırmış və liderdən cəmi yarım addım geri qalır. Bu turnirdə digər həmyerlilərimiz Nicat Abbasov və Misrəddin İsgəndərov müvafiq surətdə 3 və 2 xala malikdirlər.

Qızların çempionatında Azərbaycanı dörd şahmatçı təmsil edir. İlk beş turda onlardan Günay Məmmədzadə və Səbinə İbrahimova daha yaxşı çıxış edərək hərəyə 3,5 xal toplamışlar. Ülviyyə Fətəliyevanın 2,5, Aytən Əmrayevanın 2 xalı vardır.

Dünən çempionat iştirakçıları altıncı turun görüşlərində qarşılaşmışlar. On üç raunddan ibarət yarışın qalib və mükafatçıları sentyabrın 15-də məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında