Olimpiada-2016-ya daha bir lisenziya

Azərbaycanın avarçəkmə ustaları gələn il avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanmışlar. Bu  dəfə xoş xəbər Fransadan alınmışdır.

Eqebelet şəhərində təşkil edilmiş akademik qayıqlarda avarçəkmə üzrə Olimpiada-2016-ya lisenziya xarakterli dünya çempionatında Aleksandr Aleksandrov-Boris Yotov dueti fərqlənmişdir. Təmsilçilərimiz Olimpiya oyunlarında iştirak etmək hüququnu ikinəfərlik qayıqda 2000 metr məsafəyə startlarda qazanmışlar.

Bu, Azərbaycan avarçəkənlərin Rio Olimpiadasına artıq dördüncü lisenziyasıdır. Xatırladaq ki, ilk üç olimpiya “biletindən” ikisinə avqustun sonunda İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatında baydarkalarda 200 və 500 metr məsafəyə yarışda İnna Osipenko-Rodomska sahib olmuş, daha bir lisenziyaya isə birnəfərlik qayıqda 2000 metr məsafəyə startlarda Valentin Demyanenko sevinmişdi.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında