Startda 5,5:0,5

"SOCAR Azərbaycan" komandası Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə klublararası 26-cı Avropa çempionatına inamlı qələbə ilə başlamışdır. Təmsilçilərimiz 49 komandanın mübarizə apardığı və yeddi turdan ibarət yarışın startında Makedoniyanın "Qambit-Asseko-See" klubunu 5,5:0,5 hesabı ilə məğlubiyyətə uğratmışlar.
Bu matçda təkcə birinci taxtada çıxış edən Şəhriyar Məmmədyarov heç-heçə oynamışdır. Qalan taxtalarda Aleksandr Qrişuk, Maksim Vaşye-Laqrav, Rüstəm Qasımcanov, Rauf Məmmədov və Eltac Səfərli "SOCAR"a hərəyə bir xal qazandırmışlar. Qeyd edək ki, hər komandanın heyətinə səkkiz şahmatçı - altı əsas və iki ehtiyat oyunçu daxildir.
Dünən keçirilən ikinci turda Azərbaycan klubu Belçikanın "Eynatten-KSK 47" komandası ilə görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında