"Azərreyl" və "İqtisadçı" növbəti mərhələdə

Bakının qadınlardan ibarət iki komandası "Azərreyl" və "İqtisadçı" Avropa Voleybol Konfederasiyasının "Çelenc" kuboku yarışlarında ilk səddi uğurla dəf edərək növbəti mərhələdə fəxri mükafat uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdır.
Bir həftə əvvəl Maltada yerli "Paola" klubunu asanlıqla məğlubiyyətə uğradan (3:0) "Azərreyl" evdə cavab görüşündə də heç bir çətinliklə üzləşməyib yenə üç hissədə qələbə qazanmışdır. Voleybolçularımızın növbəti rəqibi Yunanıstanın "Markopulo" komandası olacaq.
"İqtisadçı" isə qarşılıqlı razılığa əsasən Bosniya və Herseqovinanın "Kula" klubu ilə hər iki oyunu Bakıda keçirmişdir. Hakimlər bu görüşlərdə meydan sahiblərinin xeyrinə iki dəfə 3:0 hesabı qeydə almışlar. "İqtisadçı" da ikinci mərhələdə yoluna davam edəcək. Bu mərhələdə bakılıları Avstriya təmsilçisi ilə iki oyun gözləyir.
Kişilərdən ibarət "Azərneft" komandası isə "Çelenc" kuboku turnirində mübarizəni erkən dayandırmalı olmuşdur. Bakılılar "Sərhədçi" İdman Olimpiya Mərkəzində ilk oyunda Serbiyanın "Partizan" (Belqrad) komandasına 0:3 hesabı ilə uduzmuş, ertəsi gün həmin hesabla qalib gəlmiş, lakin əlavə, "qızıl" hissədə məğlub olmuş və növbəti mərhələyə vəsiqəni serblər qazanmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında