Gözlənilən və ağlagəlməz nəticələr

Azərbaycan milli futbol çempionatının ötən şənbə və bazar günlərinə təsadüf etmiş doqquzuncu turunda "Qəbələ" - "Muğan" (2:0), "Bakı" - MOİK (2:1) və "Qarabağ" - "Simurq" (3:2) görüşlərinin nəticələri azarkeşlər tərəfindən qanunauyğunluq kimi qəbul olunmuşdursa, iki oyunda baş verən hadisələri çoxlarımız ağlımıza belə gətirə bilməzdik.
Diqqət yetirin, AZAL "İnter"ə "divan tutaraq" (5:0) onu turnir cədvəlinin üçüncü pilləsindən sıxışdırmışdır. "Gəncə" heç kimin gözləmədiyi bir nəticəyə nail olmuşdur: "Xəzər-Lənkəran"ı 4:1 hesabı ilə məğlubiyyətə uğratmaq hər komandanın işi deyil. Elə "Turan"ın vahid lider "Neftçi"ni Bakıya heç-heçə ilə (2:2) yola salması da müəyyən dərəcədə gözlənilməz olmuşdur.
Növbəti, 10-cu turun görüşləri oktyabrın 23-24-də keçiriləcəkdir. Buna qədər isə əvvəlki turlardan buraxılmış bir oyun olacaq (20 oktyabr, "Qarabağ" - "Bakı").


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında