Rio-de-Janeyroya yol Ştutqartdan keçir

Sentyabrın 7-də Almaniyanın Ştutqart şəhərində starta çıxacaq bədii gimnastika üzrə dünya çempionatı onun iştirakçıları üçün ikiqat əhəmiyyətə  malik olacaq. Bu növün ən yaxşı ustaları çempionatın medalları  ilə yanaşı Rio-de-Janeyro Olimpiadası — 2016-ya lisenziyalar  uğrunda  mübarizə aparacaqlar.

Bəs Braziliyada XXXI  Yay Olimpiya Oyunlarında iştirak  etmək  hüququ  qazanmaq  üçün Almaniyada  necə nəticə  göstərmək,  hansı yerləri  tutmaq  lazımdır? Bu suala Azərbaycan bədii gimnastlarının  dünya çempionatına səfəri ərəfəsində yığmamızın baş məşqçisi Mariana Vasilevanın azerisport-a müsahibəsindən cavab tapmaq olar.

Məşqçi  müsahibəsində  deyib ki, Ştutqartda şəxsi yarışlarda ölkəmizi  Marina Durunda,  Ayşən Bayramova və  Gülsüm Şəfizadə  təmsil  edəcəklər.  Bu yarışların yekununda  çoxnövçülükdə  ən yaxşı  nəticə göstərən 15 idmançı Rioya lisenziya  qazanacaq. Qrup  hərəkətləri  komandamız isə (Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva  və Aleksandra Platonova)  bu  məqsədə  çatmaq üçün finişdə ən yaxşı  səkkiz kollektiv  sırasında olmalıdır.

Ştutqartda  hansı gimnastların  Rio-de-Janeyroya getmək  arzusunun  həyata  keçəcəyi tezliklə,  cəmi bir həftədən sonra  məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında