Abbasov, İbrahimova və Məmmədzadə dünya çempionatına qələbə ilə başlamışlar

Azərbaycan şahmat məktəbinin üç yetirməsi Nicat Abbasov,  Səbinə İbrahimova  və Günay Məmmədzadə Rusiyanın  Xantı-Mansiysk  şəhərində  keçirilən 20 yaşınadək  oğlan  və qızlar  arasında dünya çempionatının start  turunun görüşlərindən  qələbə ilə ayrılmışlar.

Oğlanların  turnirində  Abbasov İngiltərə təmsilçisi Ezra Kirkə  qalib gəlmiş, qızların yarışında  isə İbrahimova  və Məmmədzadə  müvafiq surətdə  rumıniyalı  və belçikalı  rəqiblərini  məğlubiyyətlə barışmağa məcbur etmişlər.

Digər şahmatçılarımızdan Ülvi Bacarani birinci turda heç-heçə oynamış,  Misrəddin İsgəndərov,  Ülviyyə Fətəliyeva  və  Aytən  Əmrayeva  uduzmuşlar.

İsveçrə  sistemi üzrə keçirilən dünya çempionatı 13 turdan ibarətdir və  sentyabrın 15-də finişə  çatacaq. Dünən  rəqiblər  ikinci  turun görüşlərində   qarşılaşmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında