Azərbaycan lider Xorvatiyaya qarşı

Bu gün futbol üzrə Avropa çempionatı–2016-nın seçmə yarışları çərçivəsində Azərbaycan komandasının daxil olduğu “H”  qrupunda üç oyun olacaq. Yığmamız saat 21-də “Bakcell Arena”da başlanacaq görüşdə qrupun lideri Xorvatiya komandasını qəbul edəcək. UEFA bu oyunun hakimliyini fransalı Ruddi Buketə həvalə etmişdir.

Digər iki matçda Bolqarıstan futbolçuları Norveç komandası ilə qarşılaşacaq, hazırda turnir cədvəlində ikinci mövqedə olan italyanlar isə maltalı qonaqlarını sınağa çəkəcəklər.

Bu görüşlər ərəfəsində Xorvatiya və İtaliyanın müvafiq surətdə 14 və 12 xalları vardır. Liderlərin  ən yaxın izləyicisi Norveç 10 xal toplamışdır. Bolqarlar 8, Azərbaycan futbolçuları 4, Malta komandası 1 xala malikdirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında