Xantı – Mansiyskdə və Rodos adasında

Rusiyanın Xantı-Mansiysk şəhərində 20 yaşınadək oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatına start verilmişdir. Turnirlər İsveçrə sistemi üzrə keçirilir. Oğlanların çempionatında medallar uğrunda 61 iştirakçı, o cümlədən 10 qrossmeyster, qızların yarışında isə 47 nəfər (6-sı qrossmeysterdir) mübarizə aparır.

Azərbaycanı oğlanların turnirində Ülvi Bacarani (2535) və Nicat Abbasov (2511) təmsil edirlər. Onlar reytinqə görə iştirakçıların siyahısında müvafiq surətdə 9-cu və 15-cidirlər.

Qızların yarışında dörd şahmatçımız iştirak edir. Günay Məmmədzadə (2355) reytinqə görə 6-cı, Ülviyyə Fətəliyeva (2301) 10-cu, Səbinə İbrahimova (2215) 21-ci və Aytən Əmrayeva (2145) 28-cidirlər.

Sentyabrın 15-dək davam edəcək dünya çempionatında start turunun görüşləri dünən keçirilmişdir.

Zeynəb və Türkan Məmmədyarovalar isə bu günlər Yunanıstanın Rodos adasında qonaqdırlar. Şahmatçılarımız orada keçirilən beynəlxalq turnirə yunanıstanlı rəqibləri üzərində qələbə ilə başlamışlar.

Yetmiş nəfərin, o cümlədən 10 qrossmeysterin mübarizə apardığı doqquz turdan ibarət turnirdə dünən ikinci turun görüşləri oynanılmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında