Mariya Stadnik başda olmaqla

ABŞ-ın Las-Veqas şəhərində XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında (7-12 sentyabr) iştirak edəcək Azərbaycanın yunan-Roma və sərbəst güləş komandalarından sonra qadınlardan ibarət yığmamızın da heyəti məlum olub.

Komandaya iki Olimpiadanın mükafatçısı Mariya Stadnik (48 kq) başda olmaqla Anjela Doroqan (58 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Nadya Muşka (63 kq) və Elis Manolova (69 kq) daxildirlər.

Milli Güləş Federasiyasının saytında bu barədə yayılmış xəbərdə həmçinin bildirlir ki, qadın güləşçilərin çempionatında 48, 53, 58, 63, 69 və 75 kq çəki dərəcələrində ilk beş yeri tutan iştirakçılar Rio-de-Janeyro  Olimpiadası-2016-ya vəsiqə qazanacaqlar. Onu da əlavə etmək yerinə düşər ki, Las-Veqasda dünya çempionatı güləş ustalarının növbəti Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ilk yarışıdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında