Azərbaycan avarçəkənləri dörddəbir finalda

Fransada keçirilən akademik qayıqlarda avarçəkmə üzrə dünya çempionatının startı Azərbaycan idmançıları üçün uğurlu olub. Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duetimiz 2000 metr məsafəyə yarışların ilkin mərhələsində inamla çıxış edərək dörddəbir finala çıxıb. Birnəfərlik qayıqda yarışan Cavid Əfəndiyev də dörddəbir finalda mübarizəni davam etdirəcək.

Dünya çempionatı həm də gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına seçmə xarakteri daşıyır. Paralimpiyaçıların yarışında ölkəmizi Asif Qasımov təmsil edəcək.

Aleksandrov-Yotov dueti dörddəbir final startlarına sentyabrın 3-də çıxacaq. Əfəndiyev  isə dünya çempionatında mübarizəni bu gün davam etdirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında