Əvvəlki mövqelərdə

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2015-ci il sentyabrın 1-nə olan vəziyyətə görə reytinq cədvəlini dərc etdirib.

Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun avqust ayı ilə müqayisədə cədvəldə mövqeləri dəyişməyib. Rəcəbov (2738) əvvəlkitək 20-ci, Məmmədyarov (2736) isə 22-cidir.

Dünyanın ən yaxşı yüz şahmatçısının siyahısında daha iki təmsilçimiz vardır. Eyni reytinqə (2657) malik Eltac Səfərli və Rauf Məmmədov müvafiq surətdə 92-ci və 94-cü pillələrdə yer almışlar.

Norveçli dünya çempionu Maqnus Karslenin (2853) başçılıq etdiyi siyahıda ilk beşliyə həmçinin keçmiş dünya çempionları hindistanlı Vişvanatan Anand, bolqar Veselin Topalov (hər ikisi 2816), habelə ABŞ təmsilçiləri Hikaru Nakamura (2814) və Fabiano Karuana (2808) daxildirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında