Astarada Dünya kuboku yarışları

Avqustun son günlərində Astarada “Zirvə” beynəlxalq idman klubunun filialları arasında ağır atletika üzrə IX Dünya kuboku yarışları təşkil olunub.

Rayon icra hakimiyyətinin təşkilati dəstəyi ilə baş tutan turnir kişilər və qadınlar arasında müxtəlif yaş qrupları üzrə keçirilib. Yarışlarda Azərbaycan da daxil olmaqla “Zirvə” klubunun Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Polşa, İran, Gürcüstan, Moldova, Bolqarıstan və İsraildə fəaliyyət göstərən filiallarının 100-ə yaxın atleti iştirak edib.

Olimpiya İdman Kompleksində düzənlənən təntənəli açılış mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək yarış iştirakçılarını salamlayıb. O, Dünya kuboku uğrunda yarışların bu rayonda keçirilməsinin təşəbbüskarı olan Azərbaycan Ağır Atletika Federasiyasına, “Zirvə” beynəlxalq idman klubunun rəhbərliyinə, yarışın təşkilat komitəsinə minnətdarlıq edib və iştirakçılara uğurlar arzulayıb.

“Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov   Astarada beynəlxalq yarışın yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib və göstərilən təşkilati dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın 20-dən çox şəhər və rayonunda 700-ə yaxın ağır atletin üzvü olduğu “Zirvə”  klubu ölkəmizin aparıcı idman qurumlarındandır. Bu klubun dünyanın 12 ölkəsində filialları fəaliyyət göstərir.

Sonra Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə IX Dünya kuboku yarışları açıq elan olunub.

İdmanın inkişafında xidmətlərinə görə Astara rayonunun bir qrup sakininə diplomlar təqdim olunub. Açılış mərasimi başa çatdıqdan sonra incəsənət ustalarının iştirakı ilə bədii hissə nümayiş etdirilib.

Sonra 14 yaşa qədər olan idmançı qızların yarışına start verilib.  Gərgin mübarizədə I, II və III yerləri tutan Bolqarıstan, Ukrayna və Azərbaycan idmançılarına mükafatları icra  hakimiyyətinin başçısı Qəzənfər Ağayev, ağır atletika üzrə beynəlxalq yarışların qalibi, Türkiyə idmançısı Xəlil Mutlu və “Zirvə” BİK-nin prezidenti Tofiq Heydərov təqdim ediblər. Eyni zamanda, Avropa birinciliyində yüksək nəticələr qazandığına görə atlet Səbinə Əzimovaya və məşqçisi Taleh Hüseynova AAAF Parkın mənzillərinin sertifikatı verilib.

Dünya kuboku yarışlarında kişilər 4 yaş qrupunda, qadınlar isə 3 yaş qrupunda mübarizə aparıblar. Dünyanın idman sahəsində tanınan ölkələrinin yüzdən çox atleti iki gün davam edən turnirdə qüvvələrini sınayıblar. Qaliblərə və onların məşqçilərinə pul mükafatları, diplomlar, yarış üçün hazırlanmış medal və kuboklar, həmçinin müxtəlif hədiyyələr   təqdim olunub.

Yarışın bağlanış mərasimi dənizkənarı park-bulvarda keçirilib. Burada qalib komandanın üzvlərinə medal, kubok və qiymətli hədiyyələr təqdim olunmub, tədbir atəşfəşanlıqla başa çatıb. Qonaqlar  söhbət zamanı Azərbaycanda və bölgələrdə gedən sürətli inkişafa valeh olduqlarını bildiriblər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında