Mövsümün ən yaxşı futbolçusu İspaniya

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Avropada 2014/15-ci illər mövsümünün ən yaxşı futbolçusu adına növbəti dəfə layiq görülüb. Məlumata görə, Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində UEFA həm kişi, həm qadın futbolçular arasında ən yaxşı oyunçunu mükafatlandırıb. Bildirilir ki, Messi mükafata namizəd olan digər iki futbolçunu - klubdakı komanda yoldaşı uruqvaylı Luis Suares və “Real”ın portuqaliyalı oyunçusu Kriştianu Ronaldonu qabaqlayıb.  Qeyd edək ki, Messi 5-ci dəfə keçirilən sorğuda 2-ci dəfə qalib gəlib. Xatırladaq ki, o, 2011-ci ildə də bu mükafatın qalibi olub.

Məlumatı “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında