Azərbaycan bayrağı Sarayevoda yüksəklərə ucaldılır

Yeniyetmə güləşçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən  dünya  birinciliyində Azərbaycan bayrağının  şərəfini  layiqincə  qoruyurlar. Yunan-Roma üsulu ilə  güləşənlərin  turnirinin  ikinci günü  qaliblərin  mükafatlandırılması  mərasimində milli bayrağımız iki dəfə yüksəklərə ucaldılmışdır.

Həmin gün “klassiklərimiz”  iki  bürünc  medal  qazanmışlar. Fail İsgəndərov (42 kq)  və Ülvi Qənizadə (69 kq) üçüncü yer uğrunda  görüşlərdə  müvafiq  surətdə  Meksika  və  Türkiyə  təmsilçilərinə  qalib gəlmişlər.

Xəbər verdiyimiz  kimi, çempionatın  startında Xancavad Məcidzadə də (50 kq) üçüncü yerə  sahib olmuşdu. Beləliklə,  güləşin bu  növü  üzrə yığmamız  dünya birinciliyini  üç  bürünc  medalla başa vurmuşdur.

İndi  isə meydan yeniyetmə qızların ixtiyarına verilmişdir. Onların dörd çəki dərəcəsində medallar  uğrunda həlledici görüşləri  dünən  axşam  keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında