Sarayevoda kim daha yaxşı güləşəcək?

Braziliyada güləş üzrə dünya çempionatında böyük müvəffəqiyyət qazanmış Azərbaycanın gənclərdən ibarət komandalarından sonra ölkəmizi medallarla sevindirmək növbəsi onların daha gənc yoldaşlarına çatmışdır. Dünən Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda başlanan yeniyetmələr arasında dünya birinciliyində ilk görüşlərin iştirakçıları mübarizə meydanına dəvət olunmuşlar.

Bir həftə davam edəcək yarışda birinci olaraq yunan-Roma üsulu ilə güləşənlər qalib və mükafatçıları müəyyənləşdirəcəklər (25-26 avqust). Sonrakı iki gündə xalça üzərində onları qızlar əvəz edəcəklər. Dünya birinciliyinə avqustun 29-30-da sərbəst güləşənlərin turniri ilə yekun vurulacaqdır.

Maraqlıdır, Azərbaycan güləşçilərindən kim daha yaxşı nəticə göstərəcək, yeniyetmələr gənclərin uğurlarını təkrar edə biləcəklərmi?

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında