Reytinqini artırmaq istəyirsənsə...

Bu günlər Astanada (Qazaxıstan) keçirilən cüdo üzrə dünya çempionatı bir də ona görə mühüm əhəmiyyət daşıyır ki, onun ən yaxşı içtirakçılarının öz reytinqlərini xeyli dərəcədə artırmaq imkanları vardır.

Belarus Teleqraf Agentliyinin  (BELTA) yaydığı xəbərdə bildirildiyi kimi, 129 ölkənin 816 tatami ustasının mübarizə apardığı bu yarışın qalibi 900, gümüş və bürünc mükafatçılar isə müvafiq surətdə 540 və 360 reytinq xalları qazanırlar.

Təəssüf ki,  çempionatın startı Azərbaycan cüdoçuları üçün uğurlu olmamışdır. Təmsilçilərimiz arasında mübarizəyə birinci başlayan Nicat Şıxəlizadə və Hidayət Heydərov (hər ikisi 66 kq) fəxri kürsüdən kənarda qalmışlar.

Dünən isə daha bir idmançımız, Cənubi Koreyada keçirilmiş Ümumdünya Unversiadasının bürünc mükafatçısı Hüseyn Rəhimli (73 kq) tatami üzərinə dəvət olunmuşdur. O, latviyalı və əfqanıstanlı rəqiblərinə qalib gəlsə də, üçüncü görüşdə Sloveniya cüdoçusuna məğlub olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında